(9).jpg)
"Fransa yığması bir başqa səviyyədir. Onlar barədə müzakirə açmaq belə mənasızdır.
Amma Azərbaycan millisi İslandiya və Ukrayna ilə görüşlərdə müsbət nəticə qazanmalıdır.
Bəli, favorit rəqiblərdir, amma asan təslim olmaq olmaz.
Müasir futbolda keyfiyyətli heyət, yaxşı pul heç də hər şey demək deyil.
Düzgün sistem qurmaqla çox işlər görmək mümkündür.
İndi 20 il əvvəlki dövrlə müqayisədə də millimizdə çox şey dəyişib.
Təbii ki, söhbət nəticələrdən yox, şəraitdən gedir.
"Peraşki" dövründən fərqli olaraq indi milli ən yüksək şəraitli otellərdə qalır, səfərlər çarter reysi ilə təşkil olunur.
Bunun əvəzini meydanda vermək lazımdır".
Bu fikirləri "CBC SPORT" kanalında yayımlanan və Ramiz Mirzəzadənin aparıcısı olduğu "Sport Servis" verilişində qonaq olan Xanoğlan İmanov səsləndirib.