“Neftçi” az xərcə düşmədi

4 Sentyabr 2025 03:40 Premyerliqa 642
“Neftçi” az xərcə düşmədi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 3-cü turundakı qada pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi”nin heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb. “Neftçi” isə 3000 manat cərimə edili

Eyni matçda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 2000 manat cərimə edilib.

“Sabah” – “İmişli” görüşü “İmişli”nin meydana gec çıxması səbəbindən gec başladığına görə bölgə təmsilçisi 3000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...