
Yeni mövsümə yaxşı başlamayan «Neftçi»də heç kimin gözləmədiyi ayrılıq reallaşıb.
Qədir Həsənov əsas komandanın meneceri vəzifəsindən gedib.
O, 2010-cu ilin avqustundan paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin oktyabrından menecer postunu tuturdu.
Artıq onu «ağ-qaralar»a heç nə bağlamır. Çünki Həsənov klubdan tamamilə uzaqlaş(dırıl)ıb.
Bakılılar bu yay 14 transfer əməliyyatı həyata keçirib. Buna rəğmən, Premyer Liqanın ilk həftələrində qeydə alınan nəticələr üzücüdür.
Yeni oyunçuların alınmasına böyük pullar xərclənsə də, komanda cəmi 2 xal toplayıb. «Şamaxı» ilə 1:1, «İmişli» ilə 0:0 edən kollektiv «Turan Tovuz»a 0:1 hesabıyla uduzub.
SPORTİNFO.AZ