
"Qarabağ" transferin son gününə qədər bir deyil, hətta iki hücumçu ilə danışıqlar aparıb.
Amma qarşı tərəflərin astronomik məbləğ istəkləri qarşısında geri çəkilib.
Futbolumuz qəribə olduğu kimi, bəzi azarkeşlərimiz də fərqlidir. Daha da uzağa gedib sual verirlər ki, "Qarabağ" niyə hücumçu transfer etmədi, bu qədər UEFA-dan pul alacaq.
Ay yoldaşlar, "Qarabağ"ın bu günə qədər gəlib çıxmasının arxasında uğurlu idarəçilik strategiyası dayanıb.
Bu mövsüm komanda bir neçə transfer həyata keçirib. Unutmayaq ki, komanda təsnifat mərhələlərində bir çox göstəricilərdə digərlərinə qabaqlayıb.
Nəriman və Musaya qarşı hörmətsizlik edilir, onlar öz uşaqlarımızdır. Küyə getməyin!
Marketinq dəyəri aşağı olan çempionatdan bir komanda ardıcıl 12 il avrokuboklarda qruplara qalırsa, bu özü möhtəşəm nəticədir. Hələ ki, dərk edilmir. Zamanı gələndə, artıq qatar gecikmiş olacaq".
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist son günlərdə geniş müzakirə olunan "Qarabağ" niyə hücumçu transfer etmədi" sualını çox maraqlı və fərqli üslubda cavablandırıb.
O, azarkeşlərin hər söz-söhbətə inanmamasının vacibliyini vurğulayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN