“Real”ın qapıçısı kürəyində ağrılar hiss etdi, Azərbaycandan uzaq düşdü

4 Sentyabr 2025 19:20 Milli komanda 565
“Real”ın qapıçısı kürəyində ağrılar hiss etdi, Azərbaycandan uzaq düşdü

Ukrayna yığması daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın qapıçısı Andrey Lunin sıradan çıxıb.

“Real”ın üzvü kürəyində ağrılar hiss etdiyi üçün düşərgədən ayrılıb. Tibb personalı onun qarşıdakı iki matçda oynamasına qadağa qoyub.

Bu səbəbdən qolkiper Madrid klubunun düşərgəsinə dönüb və müalicəni İspaniyada davam etdirəcək.

Bu o deməkdir ki, Lunin Bakıya gəlməyəcək. Sentyabrın 9-da millimizlə oyunda ukraynalıların qapısını digər əlcək sahiblərindən biri qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...