“Transfer həyata keçirmək istəyirsizsə, özünüzü çox pis aparın”

4 Sentyabr 15:20 İngiltərə 191
“Transfer həyata keçirmək istəyirsizsə, özünüzü çox pis aparın”

İngiltərə millisinin və “Real”ın sabiq futbolçusu Maykl Ouen hücumçu Aleksander İsakın “Nyukasl”dan “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul”a keçidi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtı ilə “Liverpul” və “Nyukasl”da çıxış etmiş Ouen, İsakın keçidinə ironiyalı şəkildə yanaşıb:

“Transfer həyata keçirmək istəyirsizsə, özünüzü çox pis aparın. Ləyaqətli hərəkət etsəz, şansınızı itirəcəksiz.

Nəticə belə olarsa, futbolçuların gələcəkdə necə davranacağını təxmin etməməlisiz”.

“Qırmızılar” uzun danışıqlardan sonra İsakın transferi üçün 144 milyon avro ödəyib. Tərəflər 6 illik müqavilə imzalayıb.

25 yaşlı forvard 2024/2025 mövsümündə Premyer Liqada 34 matçda 23 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma