Qapıçısını ərəblərə satmaq istəyir, danışıq aparır - “Mançester Yunayted”

4 Sentyabr 2025 22:00 İngiltərə 518
Qapıçısını ərəblərə satmaq istəyir, danışıq aparır - “Mançester Yunayted”

Kamerunlu qapıçı Andre Onana artıq “Mançester Yunayted”in gələcək planlarında yer almır.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 29 yaşlı oyunçunu Səudiyyə Ərəbistanı çempionatına buraxmağa hazırdır.

“Mançester Yunayted” Onananın keçidi üçün adı açıqlanmayan bir klubla danışıqlar aparır.

“Transfermarkt” portalı qapıçının dəyərini 25 milyon avro qiymətləndirir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Kamerunlu futbolçu ötən mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 44 top buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"