
Erkin İbrahimov "Kəpəz"in İdarə Heyətinin üzvülüyündən gedib.
Bölgə klubunun iclasında bir sıra qərarlar qəbul olunub.
Mayda görəvə gəlmiş E.İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.
İdarə Heyətinin sədri Adil Vəliyev müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov qurumun üzvlüyündən çıxarılıb.
O, bu qərarı ilə bağlı Sportinfo.az-a açıqlama verib:
“Hələ yayın əvvəlində getmək haqqında klub rəhbərliyinə müraciət etdim. O vaxt istəyim tam olunmasa da, indi yollarımızı ayırdıq. Komandanın mövcüd nəticələri təkrar müraciət etməyimə səbəb oldu.
Düzdür, mən nə meydanda futbol oynayıram, nə oyunçuların getməsinə, gəlməsinə qərar verirəm.
Lakim bu durumda məsuliyyəti dərk edərək, vəziyyəti, necə deyərlər, silkələmək mütləqdir. Bu, həm "Kəpəz"də çalışanlara həm də futbolçulara bir siqnaldır.
Getməyimə əsas səbəb ailədə yaranmış durumla bağlıdır. İstənilən klubun idman sektoruna cavab hər gün bazaya gəlib prosesslərdə canlı iştirak etməlidir.
Təəssüf ki, evdə yaranmış durumla bağlı daimi olaraq başqa şəhərə köçmək imkanından məhrumam. Son iki ayda işdə tam kökləyə bilmədiyim üçün fikrimi bir daha rəhbərliyə çatdırdım və tam olaraq ayrılmaq haqda xahiş etdim.
Bu il "Kəpəz"də yeni dönəm başlayıb. Çətinliklər, problemlər qaçılmazdır.
20 ildən artıqdır futboldayam, di gəl ki, bəzi məsələlərdə mən də yanliş qərarlara yol verdim. Səbrli olub, sədr Adil Vəliyevin ətrafında birləşmək lazımdır.
Uzun illər sonra Gəncə futboluna şəxsi vəsaitini xərcləyən bir adamı küsdürmək olmaz. Vəliyevin "Kəpəz" ilə bağlı uzunmüddətli planı var.
"Kəpəz" Premyer Liqada qalacaq, və klub olaraq inkişaf edəcək. Bunun üçün öncə klubda çalışanlar eyni nöqtəyə vurmalıdır.
"Kəpəz" azarkeşləri möhtəşəmdir. Azarkeş sevdiyi komandaya çox həssas yanaşır.
Bəzən onlara klubda baş verənlər haqda bilərəkdən və ya bilməyərəkdən yanlış məlumatlar verilir. Komandadan kim gedir,
kim gəlir - bu məsələlər məşqçilər korpusunun ixtiyarındadır.
Kimsə deyə bilməz ki, futboçulardan biri məşqçilər korpusunun "dobro"su olmadan cəlb olunub Eyni sözlər komandadan gedənlərə də aiddir.
Bu gün "Kəpəz"in azarkeşlərin, şəhər ictimaiyyətin dəstəyinə daha çox ehtiyyacı var. Neqativ yanaşma ümumi işin ancaq ziyanına olacaq”.