
"Qarabağ" gərək elə heyət qursun ki, daim Çempionlar Liqasının əsas mərhələsində iştirak edə bilsin”.
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanan Ağdam təmsilçisinin görməli olduğu işlər haqda danışıb.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin daimi iştirakçısı bildirib ki, “köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsini aşmaqla büdcəsini 40 milyon manata yaxın vəsaitlə zənginləşdirib.
Tanınmış teleşərhçi klubun spnsorlardan və digər qaynaqlardan iri məbləğdə gəlir əldə etməsini xatırladıb, bu pulun inkişaf prosesini sürətləndirəcəyini deyib.
Onun sözlərinə görə, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində iştirak “Qarabağ”ın büdcəsini tamamilə doldurmur.
Bunun üçün ÇL-də mübarizə aıparmaq mütləqidr. Ekspert bu liqada davamlı yarışmaqdan ötrü “Qarabağ”ın uzunmüddətli transfer siyasəti aparması gərəkdiyini, səviyyəli futbolçular almaqlı olduğunu vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN