Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə "Top-100"də yer aldı

04:20 Tennis 81
Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə

Azərbaycanın 6 badmintonçusu tarixdə ilk dəfə "Top-100"də yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildirilib.

Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanın 6 təmsilçisi 4 kateqoriya üzrə "Top-100"də yer alıb.

Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə 92-ci pillədə qərarlaşıb.

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

İdmançıların reytinq siyahısında ilk "100-lük"də yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının əsas hədəflərindən biridir.

Tarixdə ilk dəfə badmintonçular reytinqdə 4 kateqoriya üzrə yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma