
PSJ Çempionlar Liqasının əsas favoriti hesab olunur.
Sportinfo.az xəbər verir ki, Britaniyanın "FourFourTwo" jurnalı ən güclü avrokubokun qalibi olmağa əsas namizədlərin reytinqini tərtib edib.
Siyahının ilk pilləsində Paris klubu qərarlaşıb.
"Qarabağ" "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq.
Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
Tam Top-10 belədir:
1. PSJ
2. "Barselona"
3. "Liverpul"
4. "Real"
5. "Çelsi"
6. "Bavariya"
7. "Arsenal"
8. "Mançester Siti"
9. "Napoli"
10. "İnter"