"Rəqiblərimiz böyük klublardır" - Kapitan "Qarabağ"dan danışdı

"Rəqiblərimiz böyük klublardır" - Kapitan "Qarabağ"dan danışdı

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın kapitanı Deyvi Klaassen püşkü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycana uzun səfərin onları məyus etdiyini bildirib:

"Çempionlar Liqasına qayıtmaq xoşdur. Çünki ən yaxşı komandalarla qarşılaşırsan.

Rəqiblərimiz böyük klublardır. "Qarabağ"la oyun üçün uzun səfər etməliyik.

Bu, bir az məyusedicidir. Digər rəqiblərə gəlincə, hər şey yaxşıdır.

Çempionlar Liqasını əhatə edən hər şey sadəcə yüksək səviyyədədir. Himni, topu, atmosfer - hər şey yaxşıdır.

Bu, Avropa Liqası ilə müqayisə oluna bilməz. Çempionlar Liqasının Amsterdama qayıtmasından çox şadam".

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 20:00 Çək və bizə göndər!
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?