Eşq macərası 13 gün çəkdi: Sevgilisi onu görün kimə dəyişdi!

03:00 Hadisə 151
Eşq macərası 13 gün çəkdi: Sevgilisi onu görün kimə dəyişdi!

"Barselona"nın 18 yaşlı ulduz futbolçusu Lamin Yamal ilə tanınmış argentinalı müğənni Niki Nikolin münasibəti gözlənildiyindən də tez başa çatıb.

Sportinfo.az xəbər verir ki, cütlüyün rəsmi münasibəti cəmi 13 gün davam edib.

Yamal sosial şəbəkədə müğənni ilə bütün fotolarını silib və avatarını qara rəngə dəyişib.

Məsələ bununla da bitməyib. Sosial şəbəkələrdə yayılan iddialara görə, Niki çox tez təsəlli tapıb və diqqətini başqa bir gənc futbolçuya, "Real"ın 17 yaşlı yarımmüdafiəçisi Franko Mastantuonoya yönəldib.

Əgər bu xəbərlər təsdiqlənsə, növbəti "El-Klasiko" futbol meydanından kənara çıxaraq daha da gərgin ola bilər.

Framal ilk dəfə Niki Nikolla münasibətini müğənninin ad günündə faktiki olaraq təsdiqləmişdi. Həmin vaxt "İnstaqram"da paylaşılan fotolarda cütlüyün romantik mühitdə tort, gül ləçəkləri və şam işığında yan-yana oturduqları görünürdü.

Argentina mediası da mövzunu daha da alovlandırıb. Jurnalist Marsela Tauro bildirib ki, ayrılığın əsas səbəbi məhz Nikinin Mastantuono ilə yeni münasibətləri olub və hətta onların intim yaxınlıq yaşadıqlarını iddia edib.

İndi isə azarkeşlər zarafatla sosial şəbəkələrdə yazırlar ki, "Barselona" ilə "Real" arasında növbəti duel həm meydanda, həm də şəxsi həyatda əsl savaşa çevrilə bilər.

Resim

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma