Premyer Liqada bir Berdiyev az idi, ikincisi də gəldi

4 Sentyabr 17:40 Hadisə 1 017
Premyer Liqada bir Berdiyev az idi, ikincisi də gəldi

Azərbaycan çempionatına bir Kurban Berdiyev azlıq edirdi, gözünüz aydın, ikincisi də özünü bura yetirdi.

Jorj Kaskilya «Turan Tovuz»u çalışdıran rusiyalı həmkarının «kopya»sıdır.

Fərz edin ki, 73 yaşlı «Baba» nə töküb, o da yığıb.

Portuqaliyalı məşqçilər, adətən, hücum futbolunun aşiqi kimi tanınır.

Joze Mourinyo və daha 2-3 nəfərin adını çəkə, onların işlədikləri komandalara praqmatik futbol oynatdığını deyə bilərsiz. Amma bu siyahını xeyli uzada bilərsiz, sayları məhduddur.

Kaskilya isə «İmişli»yə ultra-praqmatiklik gətirib. Rəqibin adından, statusundan asılı olmayaraq, 11 nəfərlə müdafiə taktikası seçmək hələlik ona uğur gətirir.

Üç tura 1 top buraxan, 4 xal toplayan məşqçini qınamaq tərəfdarı deyiləm. Ki, niyə cərimə meydançası həndəvərində böyük «avtobus parkı» salır, nədən bu qədər qorxaq futbol tərənnüm edir.

Anlamaq lazımdır ki, o, Azərbaycana konkret məqsəd arxasınca gəlib - «İmişli»ni Premyer Liqada saxlamaq.

Tarixdə qalan nəticədir və mövcud göstəriicələrə görə portuqal mütəxəssisə güldən ağır söz deyən olmamalıdır.

Sadəcə, bir şey var - seçdiyi taktika hara qədər Kaskilyanın əl-ayağını yuyacaq?

Hələ sezonun əvvəlidir və rəqiblər arasında səviyyə fərqinin üzə çıxmasına bir qədər qalıb.

«İmişli» I Liqadan gəldiyindən, digər iştirakçılar ona yuxarıdan-aşağı baxır. Bundan sonra belə olmayacaq, «İmişli»ni ciddiyə alacaqlar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma