
“Qarabağ”ın “Loryan”ın hücumçusu Sambu Sumanonu transfer etməsi alınmayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat verib.
Ağdam klubu 24 yaşlı seneqallı forvard uğrunda mübarizədən rəsmən imtina edib.
Qalettinin sözlərinə görə, Fransa klubu qiyməti 3,5 milyon avroya endirib, lakin “Qarabağ” daha əvvəlki “2,5 milyon + 0,5 milyon bonus” təklifində israr edərək öz limitini keçməkdən imtina edib.
Bundan əvvəl futbolçunun artıq şərtlərini razılaşdırdığı və Çempionlar Liqasında iştirak edən Ağdam klubuna keçməyə hazır olduğu bildirilsə də, tərəflərin qiymətlərindəki fərqin həddən artıq böyük olduğu üzə çıxıb.
Fransa mətbuatı daha əvvəl “Blekbern”in Sumano ilə maraqlanmasından yazaraq, təxminən 6 milyon avro məbləğdən söhbət getdiyini bildirib.
Bu da “Qarabağ”la danışıqları çətinləşdirib. Polşadan “Vidzev” də onunla ilə maraqlanır. Lakin onlar da tələb olunan məbləği ödəməyə hazır deyillər.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu barədə danışıb. O, komanda Çempionlar Liqasında Liqa mərhələsinə düşdükdən sonra qarşı tərəfin tələblərinin yükəldiyini və bunun işlərin gedişinə əngəl törətdiyini bildirib.