Kəmaləddin Heydərov əmr imzaladı, çempiona nazirlikdə vəzifə verdi - FOTO

4 Sentyabr 2025 08:20 Hadisə 706
Kəmaləddin Heydərov əmr imzaladı, çempiona nazirlikdə vəzifə verdi - FOTO

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib.

Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi