Emin Mahmudov: "Millidə oynamaqdan böyük motivasiya ola bilməz"

5 Sentyabr 2025 00:40 Milli komanda 554
Emin Mahmudov: "Millidə oynamaqdan böyük motivasiya ola bilməz"

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov oyun haqda fikirlərini bölüşüb.

Sportinfo.az sizi Mahmudovun açıqlaması ilə tanış edir:

“Bizi sabah ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq.

İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm.

Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür.

Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Sabah meydanda sözümüzü deməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...