“Levandovski əla qollar vurur, bu nəslin ən yaxşılarından biridir”

20 Oktyabr 2024 21:15 Çempionlar Liqası 568
“Levandovski əla qollar vurur, bu nəslin ən yaxşılarından biridir”

“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 3-cü turu öncəsi “Barselona”nın forvardı Robert Levandovski haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu matçın xüsusi oyun olacağını düşünür:

“Levandovski əla qollar vuran oyunçudur, bu nəslin ən yaxşılarından biridir. Bu, xüsusi qarşıdurma olacaq.

“Barselona”dan topa çoxlu sahib olmağını və pressinq etməyə çalışmağını gözləyirik. Biz bu çətin “döyüş”ü qəbul edirik”.

“Barselona” – “Bayern” matçı oktyabrın 23-də İspaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Dekabr 20:00 Çək və bizə göndər!