COP29

"Biz vəziyyətdən narazıyıq, lakin bundan maksimum yararlanmaq istəyirik"

5 Aprel 21:40 Çempionlar Liqası 905
"Biz vəziyyətdən narazıyıq, lakin bundan maksimum yararlanmaq istəyirik"

“Bayern” Almaniya çempionu olmaq şansını demək olar ki, itirib: komanda çempionatın bitməsinə 7 tur qalmış lider “Bayer”dən 13 xal geri qalır. Lakin baş məşqçi Tomas Tuxel ümidsizliyə qapılmır.

Sportinfo.az xəbər verir ki, Münhen komandasının çalışdırıcısı Çempionlar Liqasına ciddi yanaşır. O, ÇL-in final matçında oynamaq arzusunda olduğunu bildirib:

“Mövsüm nə qədər qeyri-qənaətbəxş keçsə də, yenə də bir məqsədimiz var: “Uembli”yə çatmaq. Bunun üçün hər gün hər şeyimizi verməliyik.

Biz öz inamımızın və ya iddiamızın bir faiz belə, aşağı düşməsinə icazə verə bilmərik. Biz vəziyyətdən narazıyıq, lakin bundan maksimum yararlanmaq istəyirik”.

“Bayern” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.

Tuxel mövsümün sonunda “Bayern”dən ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu