COP29

"Böyük komandamız var, yaxşı işləyirik və uğurdan həzz almaq istəyirik"

30 Noyabr 2023 15:40 Çempionlar Liqası 326
"Böyük komandamız var, yaxşı işləyirik və uğurdan həzz almaq istəyirik"

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə “Benfika” ilə heç-heçə (3:3) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandasının çıxışından çox razı qaldığını bildirib:

“Oyuna zəif başladıq, konsentrasiyamız çatışmırdı. Birinci hissədən sonra toparlandıq ki, hər birimiz daha çox şey edə bilək.

Rəqibə çox yaxşı cavab verdik və hesabı bərabərləşdirə bildik. Bizim böyük komandamız var, yaxşı işləyirik və uğurdan həzz almaq istəyirik.

Bu günün çətin olacağını bilirdik və belə də oldu. Oyunçular əla əhval-ruhiyyəyə malikdirlər. Biz əla komanda olduğumuzu göstərdik”.

Beş turdan sonra “İnter” D qrupunda 11 xalla ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"