Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

7 Noyabr 2022 12:00 Çempionlar Liqası 2 394
Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yeri sahibləri səpələnməmişlər səbətində yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar rəqib ola bilməyəcək. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcək.

1/8 final
Səpələnmişlər: "Bavariya" (Almaniya), "Benfika", "Portu" (Portuqaliya), "Çelsi", "Mançester Siti", "Tottenhem" (hamısı İngiltərə), "Napoli" (İtaliya)

Səpələnməmişlər: "Brügge" (Belçika), "Borussiya" (Dortmund), "Ayntraxt", "Leyptsiq" (hamısı Almaniya), "İnter", "Milan" (hər ikisi İtaliya), "Liverpul" (İngiltərə), PSJ (Fransa)

1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab matçları isə 7-8 və 14-15 martda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti