"Dinamo" Mahiri ehtiyatda saxladı, "Milan"a uduzdu - VİDEO

15 Sentyabr 2022 00:00 Çempionlar Liqası 396
"Dinamo" Mahiri ehtiyatda saxladı, "Milan"a uduzdu - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, E qrupunda Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) İtaliyada "Milan"ın qonağı olub.

Görüş Zaqreb təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Meydan sahiblərindən qolları 45-ci dəqiqədə penaltidən Olivye Jiru, 47-ci dəqiqədə Aleksis Salemakers və 77 -ci dəqiqədə Tommaso Pobeqa vurublar.

Qonaqlardan isə 56-cı dəqiqədə Mislav Orşiç fərqlənib. Emreli Zaqrebdə "Çelsi"ni 1:0 hesabı ilə məğlub etdikləri ilk tur matçında olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.

"Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1

Qollar: Olivye Jiru, 45 (penalti). Aleksis Salemakers, 47. Tommaso Pobeqa, 77 - Mislav Orşiç, 56

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı