Kiyev "Dinamo"sundan futbolçu aldılar - "Qarabağ"la oyundan öncə

1 İyul 2022 00:50 Çempionlar Liqası 1 476
Kiyev "Dinamo"sundan futbolçu aldılar - "Qarabağ"la oyundan öncə

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"i növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Poznan təmsilçisi Gürcüstan millisinin və "Dinamo"nun (Kiyev) futbolçusu Georgi Tsitaişvilini heyətinə qatıb.

Ukrayna vətəndaşlığı da olan 22 yaşlı yarımmüdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

“Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti