Haqq-hesabı çürütməliyik – Salahın "Real" mesajı

6 May 2022 10:00 Çempionlar Liqası 1 198
Haqq-hesabı çürütməliyik – Salahın

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Real”ın Çempionlar Liqasının finalına vəsiqə qazanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, misirli ulduz sosial şəbəkədə belə yazıb: “Haqq-hesabı çürütməliyik”.

Salah bununla “Real”la “Liverpul” arasında 2018-ci ildə keçirilən finala işarə edib. Həmin qarşılaşmada Serxio Ramos Salahı zədələmişdi.

Misirli futbolçu oyunu davam etdirə bilməmiş, “Real” isə 3:1 hesabı ilə qalib gələrək titula sahib çıxmışdı.

ÇL-in finalı mayın 28-də “Stad de Frans”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!