FOTO - Millimizin hücumçusu mövsümün rəmzi komandasında

29 Oktyabr 2020 14:22 Bizimkilər 576
FOTO - Millimizin hücumçusu mövsümün rəmzi komandasında

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Milli Futbol Liqasında (USL) 2020 mövsümünün ən yaxşı oyunçularından hesab olunub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu mövsümün ikinci rəmzi komandasına daxil edilib.

Rüfət Dadaşov cari mövsüm 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard çempionat ərzində 72,4 faiz dəqiq ötürmə ilə çıxış edib.

"Finiks Rayzinq" USL-də B Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda