Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan VİDEO paylaşdı

25 Oktyabr 2020 22:20 Bizimkilər 777
Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan VİDEO paylaşdı

Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 13 yaşlı Artur Mayakovla bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Hikmət Hacıyev öz tvitter hesabında kilsədən görüntülər paylaşaraq bu fikirləri qeyd edib:

“Gəncə: Aleksandr Nevski kilsəsi, Ermənistanın Gəncəyə ballistik raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı Artur Mayakov üçün anım mərasimi. Əziz Artur, qəbrin nurla dolsun”.

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. A. Mayakov Gəncəyə bibisigilə qonaq gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2