İtaliya yığmasının oyunu azərbaycanlıya tapşırıldı

20 Oktyabr 2023 01:10 Bizimkilər 1 033
İtaliya yığmasının oyunu azərbaycanlıya tapşırıldı

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan daha bir təyinat alıb.

Sportinfo.az xəbər verir ki, referi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edəcək.

O, 11-ci qrupun II turunda İtaliya - Şimali İrlandiya, III turunda isə Yunanıstan - İtaliya qarşılaşmalarında ədalət təmsilçisi olacaq. Vüsal Məmmədov isə həmin görüşlərdə yan xətt hakimi qismində ona kömək edəcək.

İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya matçı isə 31-də keçiriləcək. Qrupun bütün görüşləri İtaliyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti