COP29

Ordumuza əsir düşən erməni qızın taleyi necə oldu? - VİDEO

19 Fevral 13:50 Bizimkilər 658
Ordumuza əsir düşən erməni qızın taleyi necə oldu? - VİDEO

"Səs yazısı 1:35-dən sonra başlayır. Bizimlə 1 ay 10 gün yaşadı, amma bu qədər həyəcan keçirmədi.

Bu erməni qızın ata-anası yoxdur, Ermənistandan Şuşanın kəndinə – nənəsinin yanına gəlmişdi, sonra yollar bağlandığından geri qayıda bilmirdi".

Bunu Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Ordumuza əsir düşmüş erməni qızın taleyi barədə suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, həmin qız Şuşada 3 nömrəli internat məktəbinin yerindəki hərbi hissənin zabit kazarmasında yaşayıb.

“Lap yuxarıda öz çarpayısı vardı, həkim və tibb bacıları ilə birlikdə idi. Tez uyğunlaşdı bizə. Bekar qalmaq istəmirdi, zabit kazarmasını silib-süpürür, yataqları səliqəyə salırdı. Gülərüz qız idi. Əynindəki xəz palto (gödəkcəni) və çəkmələrini bizim zabitlərdən biri, səhv etmirəmsə, baş-leytenant Ceyhun öz pulu ilə almışdı.

Təbii ki, biz qız-qadın davası yox, torpaq davası edirdik. Ermənilər Daşaltıdakı şəhidlərimizin meyitlərini vermək istəmirdilər, ona görə də bu qızı təhvil verib 19 şəhidimizin cənazəsini aldıq”, – Azay Kərimov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"