MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi

2 Mart 07:10 Bizimkilər 350
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yaradabiləcək məlumat axını müşahidə olunmaqdadır”.

Bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq:

“Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!