“Heç vaxt imkan verməmişik ki, kimsə işimizə qarışsın” - Prezident

1 Yanvar 07:20 Bizimkilər 522
“Heç vaxt imkan verməmişik ki, kimsə işimizə qarışsın” - Prezident

“Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur”.

Bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

Bizim hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olduğumuzu vurğulayan dövlət başçısı qeyd edib:

“Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın.

Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"