"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 6-cı tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında Qətərin “Əl-Duhail” klubunu qəbul edib.
İlk hissədən sonra hesabda geridə olsa da, “Traktor” fasilədən sonra geridönüş edərək əzmkar qələbə qazanıb.
Ardıcıl dördüncü qələbəsini qazanan “Traktor” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə sayəsində Təbriz klubu həm də pley-offa vəsiqəni təmin edib.
Yrışda ümumilikdə 12 komanda mübarizə aparır.
“Traktor” (İran) - “Əl-Duhail” (Qətər) - 2:1
Qollar: Benjamin Bourigeaud, 35-pen. (0:1), Shoja Xalilzadeh, 51 (1:1), Amirhossein Hosseinzadeh, 90+2 (2:1)

