“Deyərdim ki, hətta bizim çempionatda belə bərbad qazonlar yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Stellenboş”un azərbaycanlı legioneri Turan Manafov deyib.
27 yaşlı müdafiəçi yayda “Kəpəz”dən ayrılandan sonra heç kimin gözləmədiyi halda Afrikaya üz tutdu və 2 illik müqavilə bağladı.
Hazırda Cənubi Afrika Respublikasında çıxış edən həmyerlimiz orada üzləşdiyi problemdən danışıb:
“Bəzi stadionlarda vəziyyət mükəmməldir, Azərbaycandakı ilə oxşardır. Bəzilərində isə adam ota ayağını qoymaq istəmir.
Bu da iqlimlə əlaqədardır. CAR-ın bir tərəfi Hind okeanına düşür, o tərəflər istidir.
Atlantik okeanına düşən hissəsi isə soyuqdur. İsti bölgələrdə otu yaxşı saxlaya bilmirlər”.

