“Ona üç ölkədən təklif var idi, sonda buranı seçdi“.
“Asadov Pro Bridge"in rəhbəri Emil Asadov “Sportinfo TV“yə açıqlamasında belə deyib.
Bilindiyi kimi, Azərbaycan millisinin sabiq qapıçısı Yusif İmanovun legioner karyerası noyabrda başa çatıb.
Onun Kosovo macərası artıq arxada qalıb.
İyulda "Sabah"dan ayrılan, 1 ay sonra "Malişeva" ilə uzunmüddətli müqavilə imzalayan 22 yaşlı kiper artıq vətənə dönüb və "Kəpəz"ə keçib.
Saytımızın “yutub“ kanalına qonaq olan FIFA lisenziyalı futbol agenti onun ölkəyə qayıtmasının səbəblərini izah edib.
Bildirib ki, "Malişeva" gözlənilmədən maliyyə çətinliyi ilə üzləşib və futbolçusu qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməyib.
Kosovo çempionatının ən bahalı oyunçusu sayılan Yusif 3 aya yaxın maaş almadığından, kontrakta birtərəfli qaydada xitam verilib.
Millinin sabiq kiperinə Türkiyə və Albaniyadan da təkliflərin olduğunu söyləyən E.Asadov qeyd edib ki, onların məqsədi yenidən Avropaya qayıtmaqdır.
Belə ki, Yusif gələn ilin yayında, yəni, Azərbaycanda mövsüm başa çatandan sonra ölkə xaricinə çıxmağı planlaşdırır.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

