Kərkicahana yola salınan köç ünvana çatdı - OTOLAR

08:00 Bizimkilər 90
Kərkicahana yola salınan köç ünvana çatdı - OTOLAR

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.

İlkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb.

Doğma yurda qayıdan Kərkicahan sakinlərinə açarların təqdim edilməsi mərasimi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E.Yusubov bu əlamətdar tarix münasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.

ANAMA mütəxəssisləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübhəli əşyalar gördükdə uzaq durmalarını tövsiyə ediblər.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə yaşayış məntəqəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.





Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi