Cəlal oynadı, “Arda” ölkə kubokunda 1/4 finala yüksəldi

14 Dekabr 2025 08:30 Bizimkilər 640
Cəlal oynadı, “Arda” ölkə kubokunda 1/4 finala yüksəldi

Bolqarıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi "Arda" bu mərhələdə səfərdə "Çerno More"nin qonağı olub.

Meydana start heyətində çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Arda" Bolqarıstan kubokunda 1/4 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!