“İmişli” və “Kəpəz”in ev sindromu davam edir.
Sportinfo.az xəbər verir ki, adıçəkilən komandalar Premyer Liqanın 13-cü turunda da ev sahibi kimi meydanı məğlub tərk edib.
6-cı ev matçına çıxan debütant “İmişli” bu dəfə “Sabah” önündə aciz qalıb – 0:3. Bölgə təmsilçisi indiyə qədər 3 ev heç-heçəsi ilə öyünə bilib.
“Kəpəz” isə rəqiblərini qəbul etdiyi qarşılaşmaların hamısında uduzub.
Gəncə klubu bu mövsüm keçirdiyi 5 ev matçının hamısında xal üzünə həsrət qalıb. Komanda bunun 4-də minimum 2 top fərqi ilə məğlub olub.

