Azərbaycan millisinin hücumçusu sağaldı

2 Dekabr 01:50 Bizimkilər 59
Azərbaycan millisinin hücumçusu sağaldı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Motor” Polşa çempionatının 17-ci turunda “Legiya”nı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma öncəsi Lublin klubunda zədəli futbolçuların sıraya dönməsi sevinclə qarşılanıb.

Baş məşqçi Mateuş Stolarski müdafiəçi Arkadiuş Nayemski və hücumçu Renat Dadaşovun artıq sıraya döndüklərini bildirib.

Hər iki futbolçu zədə səbəbindən “Krakoviya” ilə keçirilən ötən tur matçını buraxmışdı. Ötən həftəiçi kollektivlə məşqlərə qatılan Nayemski və Dadaşovun bugünkü oyuna hazır olduğu açıqlanıb.

Hazırda “Motor” 19 xalla 13-cü, “Legiya” isə 18 xalla 14-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 15:00 Kasıb olanda nə olar…