Gələn il Azərbaycanda pensiyalar bu qədər olacaq

07:40 Bizimkilər 70
Gələn il Azərbaycanda pensiyalar bu qədər olacaq

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.

Gələn il pensiyalar bu qədər olacaq - Rəsmi

Gələn il pensiyalar bu qədər olacaq - Rəsmi

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"
30 Noyabr 20:00 Çək və bizə göndər!