Azərbaycanlı “Sportinq”in qarşılaşmasına təyinat aldı

25 Noyabr 2025 03:10 Bizimkilər 444
Azərbaycanlı “Sportinq”in qarşılaşmasına təyinat aldı

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə beynəlxalq təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu F. Hüseynzadənin ilk təyinatıdır.

Sözügedən cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” duelinin güclüsü ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti