AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

