Azərbaycanlı futbolçular Afrika yolunda - AÇIQLAMA VERİLDİ

24 Noyabr 2025 23:40 Bizimkilər 768
Azərbaycanlı futbolçular Afrika yolunda - AÇIQLAMA VERİLDİ

Qış fasiləsində Afrikada daha bir və ya bir neçə azərbaycanlı futbolçu görünə bilər.

Bu barədə Sportinfo.az-a açıqlamasında Cənubi Afrikanın “Stellenboş” komandasının şərəfini qoruyan Turan Manafov deyib.

27 yaşlı sol cinah müdafiəçisi “qara qitə”dən azərbaycanlılara maraq olduğunu söyləyib:

“Azərbaycandakı dostlarımla tez-tez danışıram. Ölkədən çıxmaq istədiklərini deyirlər. Agentimə onlar barədə məlumat vermişəm.

Hazırda bu yöndə müəyyən danışıqlar gedir. Alınsa, ortaya ciddi problem çıxmasa, gələn il 1-2 azərbaycanlı futbolçu karyerasını burada davam etdirəcək.

İnkişaf etmək, bərkimək, həyat təcrübəsi toplamaq üçün legioner həyatı yaşamaq çox yaxşıdır”.

Maraq üçün bildirək ki, Turan Manafov cari mövsümdə “Stellenboş”un heyətində 8 oyunda meydana çıxıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti