Azərbaycanı deyil, bu ölkənin millsini seçən hücumçunu “dağ başına” qaldırdI

13:40 Bizimkilər 229
Azərbaycanı deyil, bu ölkənin millsini seçən hücumçunu “dağ başına” qaldırdI

Sportinfo.az xəbər verir ki, Rusiyanın U-21 yığmasının baş məşqçisi İvan Şabarov AFFA-nın milliyə cəlb etmək istədiyi Ülvi Babayevi digər rusiyalı futbolçular üçün nümunə kimi göstərib.

Mütəxəssis hesab edir ki, hücumçu yığmanın düşərgəsində yaxşı performans göstərib:

"Biz Babayevi gənclər komandasından tanıyırıq. O, çox inkişaf edib. Göstərdiyi irəliləyiş milli komandadakı çıxışına da təsir edib.

Babayev bura sadəcə oynamaq üçün gəlməyib, bütün gücünü millidə qoydu.

Bu, bəzi futbolçular üçün milli komandaya necə düzgün qoşulmaq, bacarıqlarını göstərmək və komandada oynamaq üçün yaxşı nümunədir. Babayevin çıxışı yalnız müsbət təəssüratlar buraxıb".

Rusiya milli komandası 12-18 noyabr tarixlərində Qırğızıstanın eyniadlı şəhərində keçirilən "Manas Kuboku"nun qalibi olub. Babayev üç qol vuraraq turnirin ən çox qol vuran oyunçusu olub.

21 yaşlı Babayev "Dinamo"da(Moskva) oynayır. Bu mövsüm o, müxtəlif turnirlərdə 12 oyun keçirib və beş qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...