“Bəzən elə qərarlar verirlər ki, adam deməyə söz tapmır”

21 Noyabr 2025 23:40 Bizimkilər 545
“Bəzən elə qərarlar verirlər ki, adam deməyə söz tapmır”

“Burada ən böyük problem VAR sisteminin tətbiq olunmamasıdır”.

Karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirən Turan Manafov Sportinfo.az-a açıqlamasında belə deyib.

27 yaşlı müdafiəçi yayda “Kəpəz”dən ayrılandan sonra heç kimin gözləmədiyi halda Afrikaya üz tutub və “Stellenboş”la 2 illik müqavilə bağlayıb.

O, CAR çempionatının hakimlik səviyyəsindən gileylənib:

“Bəzən elə qərarlar verirlər ki, adam deməyə söz tapmır. Yeni gələn vaxtlarda elə bilirdim ki, VAR-a baxıb düzəldəcəklər.

Sonra yadıma düşürdü ki, VAR yoxdur. Bəzən hansısa komandalara qarşı açıq-aşkar tərəfkeşlik etdikləri hiss olunur.

Eh, dərin mövzudur, yaxşısı budur çox danışmayım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti