Azərbaycanlı hücumçu "İlk Beşlik" üçün namizədlər arasında yer aldı - FOTO

21 Noyabr 2025 22:40 Bizimkilər 935
Azərbaycanlı hücumçu "İlk Beşlik" üçün namizədlər arasında yer aldı - FOTO

Əslən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyada mükafatlandırıla bilər.

Sportinfo.az xəbər verir ki, "Dinamo Moskva"nın hücumçusu "Viktor Qorlov Uşaq Futbol Liqası"nın təsis etdiyi "İlk Beşlik" mükafatının namizədləri arasında yer alıb.

İlin ən yaxşı gənc futbolçusu mükafatı uğrunda Rusiya Premyer Liqasında mövsümün oyunlarının 50%-da iştirak etmiş 21 yaşadək futbolçular mübarizə aparır.

Ümumilikdə "ən yaxşı" adına 16 futbolçu iddia edir.

Ülvi Babayev bir müddət öncə Rusiya yığma komandasında çıxış etmək istədiyini açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti