Rusiyanın gənclər millisinin baş məşqçisi İvan Şabarov komandanın yarımmüdafiəçisi Ülvi Babayevin noyabr toplanışındakı oyununu yüksək qiymətləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis futbolçunun oyun keyfiyyətində ciddi irəliləyiş əldə etdiyini qeyd edib.
O, Babayevin milliyə can yandırdığını, tam gücünü ortaya qoyduğunu və bu xüsusiyyəti ilə digər oyunçulara nümunə olduğunu vurğulayıb:
“Ülvi Babayevi yeniyetmələr yığmasından yaxşı tanıyırıq. Komandada olmadığı dövrdə çox inkişaf edib. Bunu yığmaya da yansıdır.
O, buraya sadəcə çağırış xatirinə gəlməyib, tam hazırlıqlı və motivasiyalı şəkildə qoşulub”.
Hazırda “Dinamo”nun heyətində yer alan 21 yaşlı futbolçu cari mövsümdə 12 oyuna çıxıb və 5 qol vurub.

