“Burada qalmağımı istəyirlər, yaxın vaxtlarda yekun qərarımı verəcəm”

08:40 Bizimkilər 107
“Burada qalmağımı istəyirlər, yaxın vaxtlarda yekun qərarımı verəcəm”

Sportinfo.az xəbər verir ki, Qırğızıstanda "Ozgon"un formasını geyinən azərbaycanlı hücumçu Orxan Əliyev sportal.az-a danışıb.

- Artıq Qırğızıstan liqası başa çatdı. “Ozgon”dakı karyeran necə alındı? Necə dəyərləndirirsən?

- Ümumi götürsək, yaxşı dəyərləndirmək olar. Çünki 9 meydana çıxdıq, 7 qol vurdum və 1 məhsuldar ötürmə etdim. Məncə, hər şey normal keçdi.

- Qırğızıstan liqasında az qol vurmadın. Səncə, mövsümün əvvəlindən orada oynasaydın, daha çox qol vura bilərdin?

- Fikrimcə, bəli. Qırğızıstana mövsümün əvvəlindən gəlsəydim, daha çox qol vura bilərdim. Mən zədə səbəbindən hələ 4 oyuna da çıxmadım. Özünüz də, statistikaya baxa bilərsiz. Liqadakı statistikam qısa müddətdə etdiyim çempionatın ən yaxşılarından biridir.

- Qırğızıstan çempionatı Azərbaycan Premyer Liqasından çox fərqlənir?

- Qırğızıstan liqası inkişaf edir və bəyəndiyim çempionatdır. Əgər onlar yanaşmalarında daha peşəkar olsalar, tez bir zamanda uğur qazanacaqlar. Azərbaycan Premyer Liqasını da izləyirdim. Səviyyə yüksəlir. Sadəcə istənilən halda, 5-6-cı sıralarda qərarlaşan komandaların heyətində yerli futbolçular az oynayır.

- Bəs, sən özün “Ozgon”da qalacaqsan? Klub sənə yeni müqavilə təklif edib?

- Bəli, klub mənə yeni müqavilə təklif edib. Onlar klubda qalmağı istəyirlər. Yaxın vaxtlarda yekun qərarımı verəcəm. Hələ ki tam qərarımı verəmişəm.

- Azərbaycan Premyer Liqasından necə, təkliflər almısan? Hansı klublardan təklifin var?

- Azərbaycan Premyer Liqasından heç kim mənimlə danışmayıb. Hazırda Premyer Liqada mübarizə davam edir. Qırğızıstanda isə çempionat noyabrın 9-da başa çatmışdı. Bəlkə Azərbaycandan təklif gələcək, birlikdə görəcəyik.

- Özün hansı addımı atacaqsan? Qırğızıstanda qalmaq istəyirsən, yoxsa Azərbaycana qayıtmağı planlaşdırırsan?

- Məni görməkdən məmnun qalacaqları yerdə olacam. Beləliklə, məni istəyən komanda üçün nə qədər vacib olub-olmadığımı bilməliyəm. Zaman hər şeyi göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!