Ağayevin ayağı “Arsenal”a düşərli oldu - Praqadan VİDEO

6 Noyabr 2025 06:00 Bizimkilər 634
Ağayevin ayağı “Arsenal”a düşərli oldu - Praqadan VİDEO

Əliyar Ağayev Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma “topçular”ın 3:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.

Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.

Matçın baş hakimi 84-cü dəqiqədə kobud oyuna görə londonluların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Növbəti dəfə VAR monitoruna yaxınlaşan ədalət qoruyucusu penalti qərarını ləğv edib.

Əliyar Ağayev matç boyunca “Slaviya”nın 3, “Arsenal”ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti