Rüfət oynamadı, heç-heçə etdilər - Xorvatiyadan VİDEO

5 Noyabr 2025 02:50 Bizimkilər 872
Rüfət oynamadı, heç-heçə etdilər - Xorvatiyadan VİDEO

Xorvatiya çempionatında 12-ci turun bir sıra oyunları keçirilib.

Sporinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Osiyek"lə qarşılaşıb.

Oyun qolsuz heç-heçə ilə başa çatıb. Abdullazadə bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

"Varajdin" hazırda 16 xalla dördüncü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM