Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - FOTOLAR

18 Aprel 2025 08:00 Bizimkilər 1 098
Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - FOTOLAR

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.

Fotoda: Sənan Möhsümov

Fotoda: Hüseyn İsayev

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu