COP29

6000 manat müavinət veriləcək - İlk dəfə işə düzələn bu şəxslərə

27 Oktyabr 07:20 Bizimkilər 536
6000 manat müavinət veriləcək - İlk dəfə işə düzələn bu şəxslərə

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılması müzakirə edilib.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik layihəsi ikinci oxunuşa təqdim edilib.

Komitə sədri Musa Quliyev dəyişikliyin sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını vurğulayıb.

Müzakirələrdən sonra sözügedən qanun layihəsi və gündəliyə daxil edilmiş “Arbitraj haqqında” icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında layihə ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!